Pakistanda iki mitinqdə partlayış: 132 nəfər ölüb

10:15 - 14 İyul 2018 - DÜNYA

Pakistanda parlament seçkiləri qabağı keçirilən iki mitinqdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb, 230-dan çox insan yaralanıb. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi dairələr açıqlama yayıb. Bildirilib ki, Bəlucistan əyalətinin Mastung şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb, 200-dən çox insan yaralanıb. Bu şəhərdə törədinlən partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb. Qeyd edək ki, partlayışlar iyulun 13-də törədilib. Mastungdakı partlayış nəticəsində 20 nəfərin öldüyü, 40 nəfərin yaralandığı barədə məlumat yayılmışd. Ölənlər arasında bu yaxınlarda təsis edilən Bəlucistan Avami Partriyasının sədri, deputatlığa namizəd Navabzada Siraj Raisani də var. O, Bəlucistan əyalətinin keçmiş başçısı Navab Aslam Raisanin qardaşıdır. Raisani 2011-ci ildə terror hücumu nəticəsində 14 yaşlı oğlunu itirib. Bu hücum 2014-cü ildə hərbi məktəbə edilən hücumdan sonra ən qanlı terror sayılır. Digər partlatış isə ölkənin qərbində yerləşən Heybər-Paxtunxva əyalətinin Bannu şəhərində törədilib. Partlayış nəticəsində 4 nəfər ölüb, azı 31 nəfər yaralanıb. Partlayış “Müttəhid Məclis-e-Amal” Alyansının lideri Ahram Xan Durraninin tərəfdarlarının mitinq keçirdiyi ərazidə olub. O, iyulun 25-də keçiriləcək parlament seçkilərində namizəd olaraq iştirak edir.

Xəbər xətti