Fransa prezidenti Emmanuel Makronla amerikalı həmkarı Donald Trampın görüşündə maraqlı anlar yaşanıb.
Tramp bu dəfə də zarafatından geri qalmayıb. O, fransızca danışan həmkarının nə dediyini başa düşmədiyini bildirib: “Onun nə danışdığı ilə bağlı heç bir təsəvvürüm yoxdur”. Prezidentin bu sözlərindən sonra Makron dediklərini ingliscə səsləndirib.
Xatırladaq ki, Donald Tramp ötən gün də NATO rəsmisi Yens Stoltenberqlə görüşdə zarafatı ilə yadda qalmışdı. O, təşkilatda yalnız Stoltenberqin onu sevdiyini bildirmişdi. qafqazinfo