Azərbaycan nefti ucuzlaşıb

10:19 - 12 İyul 2018 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,44 dollar və yaxud 3,04% azalıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 77,92 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti