Fransada ilk dəfə "Usutu" virusu ilə yoluxma halı qeydə alınıb.
30 yaşlı şəxs üz sinirinin zədəsi ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Usutu" virusu ilk dəfə 1959-cu ildə Afrikada heyvanlar üzərində aşkar edilib. Bu virus insana xəstə quşlardan ağcaqanad vasitəsilə keçir və sinir sistemini zədələyir.
Bu günə kimi virusun insandan insana keçməsi müəyyən olunmayıb.trend