Brent markalı neft ucuzlaşıb
09:21 - 7 İyul 2018 - İQTİSADİYYAT
Dünya birjalarında neftin qiyməti fərqli istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,98 dollar və ya 1,34% artaraq 73,92 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,28 dollar və ya 0,36% azalaraq 77,11 dollar təşkil edib.
Apa