Türkiyəyə tədarük olunacaq S-400 zenit-raket kompleksləri NATO üzvlərinə qarşı yönəlməyib.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, S-400-lərin əldə olunması ABŞ-la münasibətlərə təsir edə bilməz.
Türkiyəli nazir əlavə edib: “ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə münasibətləri pozmaq istəmir”.trend