“İsrail və qonşu ölkələrdən biri İrana gələn buludların və yağış yağmasının qarşısını alır”.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın Mülki Müdafiə Təşkilatının sədri general Qulamrza Cəlali iyulun 2-də Tehranda keçirilən 3-cü mülki müdafiə konfransıdakı çıxşında bildirib.
“İranda meydana gələn iqlim dəyişikliyində xaricilərin barmağının olması şübhəsi var. Ölkəmizdəki elmi mərkəzlər bunu təsdiqləyir. İsrail və qonşu ölkələrdən biri İrana gələn buludların və yağış yağmasının qarşısını alır. Bununla yanaşı bulud və qar oğurluğu ilə üz-üzəyik”, - deyə general vurğulayıb.
Qeyd edək ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad bir neçə ilə əvvəl Urmiya gölünün qurmasının səbəblərindən biri kimi “İslam Respublikası düşmənlərinin” bölgəyə yağışın yağmasının qarşısını almasını göstərmişdi.