Bu ilin may ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,657 mlrd. KV/saat olub.
Ucnoqta.az xəbər verir ki. “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci ilin may ayı ilə müqayisədə enerji istehsalında 9,08% artım müşahidə edilir. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm 1,519 mlrd. KV/saat təşkil edib.
Həmçinin, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.
Bununla yanaşı, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə bir sıra tədbirlər görülüb.