İran mal varlığını blokladığı üçün ABŞ-dan şikayət edib.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib. B. Qasimi bildirib ki, İran ölkənin Mərkəzi Bankının 2 milyard dollar həcmində mal varlığının ABŞ tərəfindən qanunsuz bloklanmasına dair beynəlxalq Haaqa Məhkəməsinə şikayət edib. Məhkəmə baxışı oktyabrın 12-də təşkil olunacaq.
XİN sözçüsü Avropanın İrana ünvanladığı təkliflər paketinin Rusiya və Çin tərəfindən dəstəklənib-dəstəklənmədiyi barədə sualın cavabında qeyd edib ki, bildirib ki, ABŞ-ın Hərtərəfli Bİrgə Fəaliyyət Planından çıxmasından sonra İranın digər tərəfdaşları 4+1 çərçivəsində bu planı icra etməkdə maraqlıdır: “ABŞ olmadan planın icrasına dair müzakirələr aparılıb. Biz səhv etməməliyik. Üç Avropa ölkəsinin adını çəkib, digər iki ölkənin adını çəkməmək yanlışdır. Biz hər 5 ölkə bu planın qorunub saxlanılmasına dair məsuliyyət daşıyırıq”.
B. Qasimi deyib ki, İrana təklif olunacaq paket Rusiya ilə Çinlə də razılaşdırılmalıdır.