Türkiyədə seçminin ilkin nəticələri açıqlanıb: Ərdoğan liderdir
21:27 - 24 İyun 2018 - DÜNYA
İlkin hesablamalara görə seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 59,92 faiz səs toplayıb.
Bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) mesajında deyilir.
Xəbərdə deyilir ki, hazırda səslərin 18.61%-i sayılıb.
Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə - 26.53 % səs, yeni qurulan «Yaxşı Partiyadan» namizəd Meral Akşener 7.72%, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlaheddin Dəmirtaş - 5.50%, “Səadət" partiyası (SP) namizədi - Temel Karamollaoğlu 0,94% və "Vatan» (Vətən partiyası) namizədi - Doğu Perinçek 0,18% səs toplayıblar.
Məlumatda həmçinin deyilir ki, "Milli Birlik" (Cumhur İttifakı) adlı (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası (MHP) bloku 65.42% səslə parlament seçkilərində liderdir.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00-da Türkiyədə parlament və prezident seçkiləri başa çatıb.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.
Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.
Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.
Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.
Trend