Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu gün Vyanada (Avstriya) keçirilən 174-cü iclasında gündəlik hasilat həcminin 1 mln. barel artırılması dünya bazarında nefti kəskin bahalaşdırıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, London əmtəə birjasında "Brent" markalı "qara qızıl"ın 1 barelinin qiyməti 3% artaraq 75,2 ABŞ dollarına yüksəlib.