Orta illik inflyasya 3,2% olub
10:53 - 14 İyun 2018 - İQTİSADİYYAT
"Azərbaycan Mərkəzi Bankı (AMB) hələ ki, inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu dəyişdirmik. Sadəcə ilin ilk 9 ayının yekunlarına görə, inflyasiya proqnozunun yenidən qiymətləndirilməsi həyata keçiriləcək".
Bu barədə AMB-nin sədri Elman Rüstəmov bildirib.
"Bu il ərzində inflyasiyanın azalması davam edir. 5 ayda orta illik inflyasya 3,2% olub. Əhalinin gəlirlərinin artması qiymətlərin artım tempini üstələyib. Maydan başlayaraq mövsümi amillər iinfyasinın azalmasını dəstəkləyib. Ev təsərrüfatları arasında monitorinq göstərir ki, inflyasiya gözləntiləri son illərin minimum səviyyəsinə enib. 2018-ci ilin sonuna qiymət artımının əvvəlcədən proqnozlaşdırıldığı kimi birrəqəmli səviyyədə olacağı gözlənilir", - deyə o, qeyd edib.
Report