ABŞ Suriyanı bombaladı, 18 dinc sakin öldü
19:00 - 11 İyun 2018 - DÜNYA
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Xasəkə şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hava hücumlarının hədəfində yaşayış məntəqəsi olub. Ölənlərin əksəriyyəti iraqlı qadınlar və uşaqlardır.