NATO Türkiyə ilə ABŞ arasında Suriyanın Mənbic bölgəsi ilə bağlı razılaşmanın əldə olunmasını alqışlayır.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Y.Stoltenberq bildirib ki, bu razılaşma Vaşinqton üçün də çox vacibdir. Baş katibin sözlərinə görə, Türkiyə NATO-nun vacib tərəfdaşıdır və terrorçuluğa qarşı fəal mübarizə aparan ölkədir.
Qeyd edək ki, ötən gün ABŞ və Türkiyə Mənbiclə bağlı “yol xəritəsi”ni razılaşdırıblar.trend