İsrail baş nazirinə qarşı sui-qəsdin qarşısı alınıb
15:31 - 5 İyun 2018 - DÜNYA
İsrail Təhlükəsizlik Xidməti Şərqi Qüdsdə həyata keçirilən əməliyyat zamanı terror hücumları, eləcə də baş nazir Benyamin Netanyahuya qarşı sui-qəsd planlayan terror qruplaşmasının zərərsizləşdirib.
APA-nın “Jerusalem Post”-a istinadən verdiyi xəbərə görə, terrorçuların Netanyahu, Yerusəlim şəhər meri Nira Barkata sui-qəsd, şəhərdəki Kanada nümayəndə heyətinə və ABŞ səfirliyinin binasına hücum planladığı bildirilir.
Saxlanılanlar arasında daha əvvəl də təhlükəsizlik qaydalarını pozduğu üçün həbs edilən 30 yaşlı Məhəmməd Camal Rəşda da var.