Baş nazir: "Türkiyənin məqsədi sərhədlərin təhlükəsizliyini təmin etməkdir"
11:38 - 4 İyun 2018 - DÜNYA
Türkiyənin İraqın şimalında 11 hərbi bazası var, bu da PKK terrorçuları ilə mübarizəni xeyli asanlaşdırır.
Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib.
B.Yıldırım bildirib ki, İraqın şimalında və Suriyada aparılan əməliyyatlar çərçivəsində 250 kv.km ərazi terrorçulardan azad edilib:
"Türkiyənin məqsədi Suriyadan başlayaraq İrana qədər davam edən sərhədlərinin təhlükəsizliyini təmin etməkdir".trend