Məlumat verildiyi kimi, bu ilin ilk ixrac missiyası Rusiya Federasiyasının Həştərxan vilayətinə təşkil edilib.
Ucnoqta.az xəbər verir ki, İqdisadiyyat Nazirliyindən verilən məlumata görə, ixrac missiyasına ölkəmizdə emal və kənd təsərrüfatı, yüngül sənaye, fındıq emalı, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox yerli şirkətin nümayəndəsi daxildir.
Dünən AZPROMO-nun təşkilatçılığı ilə Həştərxanda Azərbaycan və Rusiya şirkətləri təmsilçilərinin ikitərəfli görüşü keçirilib. 40-a yaxın Rusiya şirkətinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Azərbaycan məhsulları barədə məlumat verilib, iqtisadi-ticarət əlaqələrinin, xüsusilə ixracın genişləndirilməsinə dair müzakirələr aparılıb.