Rusiya xarici işlər naziri Sergey Lavrov Pxenyanda KXDR lideri Kim Çen İn ilə görüşüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətindəki mənbə məlumat verib.
Xatırladaq ki, Rusiya XİN başçısı KXDR-də səfərdədir.
O, daha əvvəl Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ilə danışıqlar aparıb.