Liberman: Qəzzada tuneli bombaladıq

17:31 - 29 May 2018 - DÜNYA

İsrail ordusu Qəzza sektorunu bombardman edib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Aviqdor Liberman özünün "Twitter" səhifəsində yazıb.
İsrailli nazir qeyd edib ki, əsasən radikalların əlində olan tunel güclü bombardmana məruz qalıb.

A.Liberman yazıb: "Bu gün gündüz saatlarında terrorçuların infrastrukturlarına və Qəzzada onların əlində olan tunelə genişmiqyaslı zərbələr endirdik".

Xəbər xətti