Rusiyada benzinin qiyməti gözlənilmədən qalxıb.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, 21-27 may tarixlərində yanacağın qiyməti sürətlə artmağa başlayıb. Aİ-92 markalı benzin 76 qəpik artaraq bir litri 40,76 rubl olub, Aİ-95 isə 79 qəpik artaraq hər bir litrinə görə 43,6 rubl təşkil edir.
Həmçinin dizel yanacağı da 79 qəpik bahalaşıb.
Həftəsonu isə paytaxt Moskvada bahalaşma yenidən özünü göstərib. Belə ki, benzinin qiymətində 88-90 qəpik artım qeydə alınıb.
Hökumət iyulun 1-ə qədər qiymətləri nizamlayacağına söz verib.