İranda zəlzələ olub
10:55 - 27 May 2018 - DÜNYA
İranda 4,1 bal gücündə zəlzələ olub.
Trend-in İran KİV-lərinə istinadən verdiyi məlumata əsasən, zəlzələ ölkənin cənub-qərbində, Xuzestan vilayətinin Mianrud şəhərində baş verib. Yeraltı təkanlar yerli vaxtla 06:09-da qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 25 km olub. Xəsarət alan və dağıntılar barədə məlumat verilmir.