Mahmud Abbas xəstəxanaya yerləşdirilib
22:08 - 20 May 2018 - DÜNYA
Fələstin lideri Mahmud Abbas xəstəxanaya yerləşdirilib.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, buna səbəb onun qulaq əməliyyatı keçirdikdən sonra vəziyyətin pisləşməsidir.
Öz növbəsində Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Oreykat deyib ki, o, Abbasla birgə olub və liderin vəziyyəti yaxşıdır: "Fikrimcə, o, xəstəxanada sabah və yaxud birisi günə kimi olacaq".