Mühərrikində nasazlıq yaranmış Moskva-Həştərxan təyyarəsi geri qayıtdı
11:33 - 19 May 2018 - DÜNYA
Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus, Moskva-Həştərxan reysini həyata keçirən təyyarə təcili surətdə geri qayıtmalı olub.
Buna səbəb "Boeing" təyyarəsinin mühərriklərindən birinin sıradan çıxması olub.
Qeyd olunur ki, təyyarə geri qayıdarkən Volqoqrad vilayəti üzərində olub. Təyyarə qısa müddət sonra Vnukovo hava limanında uğurlu eniş edib. Hadisə ilə bağlı xəsarət alan olmayıb.
Sərnişinlərin digər təyyarə ilə yola salınacağı bildirilib.trend