Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə gəlib.
Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Komsomolskaya Pravda” nəşrinin müxbiri Dmitri Smirnov yazıb. Onun sözlərinə görə, kansler söhbətə rus dilində başlayıb.
“Putinin iqamətgahın girişində Merkel Medvedevlə görüşdü. Merkel bildi ki, o, indi hökuməti formalaşdırıb və ona uğurlar dilədi. Və bütün bunlar rusca idi”, - jurnalist yazıb.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Putin Merkellə “Şimal axını-2” qaz kəmərinin tikintisinin ətrafında vəziyyəti, həmçinin Suriya və Ukrayna münaqişələrinin nizama salınması məsələləri müzakirə edəcək.
Danışıqlar əvvəlcə məhdud, daha sonra geniş tərkibdə keçiriləcək. Liderlər danışıqların nəticələrinə görə mətbuat konfransı keçirəcəklər.