Hindistanın şimalında Varanasi kəndində yerüstü keçid işlək yolun üzərinə çöküb. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 18 nəfər dünyasını dəyişib.
Dağıntılar altından çxıarılan 5 nəfər yaralıdan 2-nin vəziyyəti ağırdır.
Xilasetmə işləri davam etdirilir.
Baş nazir Narendra Modi Tvitter hesabından faciə ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verib, yaralılara isə şəfa diləyib.