Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinin (ZRK) alışından imtina etməyəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. R.T.Ərdoğan bildirib ki, Türkiyə NATO-nun üzvü olsa da, Vaşinqton Türkiyəyə ABŞ istehsallı ZRK-ların satışından imtina edib:
"ABŞ Ankaraya seçim imkanı vermədi və buna görə də Türkiyə Moskva ilə S-400 ZRK-larının alışı üçün danışıqlar aparmağa məcbur oldu".
Dövlət başçısı deyib ki, Türkiyə üçün milli maraqlar hər şeydən üstündür.trend