Aksiyalada 10 mindən çox fələstinli iştirak edir
Qəzza sektorunun inzibati sərhədində fələstinlilərin "Geriqaytarma marşı" və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirilir. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, hazırda Qəzza bölgəsinin İsraillə inzibati sərhəd ərazisində, təqribən, 10 min fələstinli toplaşıb.
Bəzi nümayişçilər hətta sərhəd maneələrini aşmağa çalışıb.
Qeyd olunur ki, iki nəfər ölüb, azı 28 nəfər yaralanıb.