“Hayfa ilə Tel-Əvivi məhv edərik”
İranın dini lideri Ayətullah Əhməd Hatəmi İsraili hədələyib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hatəmi İsrail irana qarşı hər hansı həmlə edərsə, Hayfa və Tel-Əvivi məhv edəcəklərini deyib. O, Qərb əleyhinə də sərt fikirlər səsləndirib. Hatəmi İranla nüvə sazişi imzalayan Avropa ölkələrinə də güvənməməyi məsləhət görüb:
“ABŞ daha irəli gedə bilməz. Onların hədəfi İrandakı rejimi məhv etməkdir. Avropalılara da inanmaq olmaz. İranın düşmənlərinə güvənmirik”.