Trampın Kim Çen Inla görüşünün vaxtı və yeri məlum olub

20:27 - 10 May 2018 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inla görüşünün vaxtını açıqlayıb. D.Tramp bu barədə öz "Twitter" səhifəsində yazıb. O bildirib ki, Kim Çen Inla görüş iyunun 12-də Sinqapurda baş tutacaq. Qeyd edək ki, ötən gün Şimali Koreya rəhbəri ilə görüşmüş ABŞ Dövlət katibi Mayk Pompeo görüş tarixinin və yerinin məlum olduğunu demişdi.trend

Xəbər xətti