ABŞ-ın dövlət katibi Şimali Koreyaya gəlib
08:58 - 9 May 2018 - DÜNYA
ABŞ-ın dövlət katibi Maykl Pompeo Phenyana səfərə gəlib.
Dövlət katibinin səfərinə səbəb ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşünün təfərrüatlarını müzakirəsi olub.
Bundan əlavə, M.Pompeo Şimali Koreyada həbsdə olan 3 amerikalının azad edilməsini müzakirə edəcək.
"Reuters"in məlumatına əsasən, Maykl Pompeo Şimali Koreyaya Yaponiyadan gəlib.trend