Türkiyə Futbol Federasiyası Fatih Terimə 9 milyon lirə təzminat ödəyəcək

18:09 - 7 May 2018 - DÜNYA

Türkiyə Futbol Federasiyası (TFF) Fatih Terimə 9 milyon lirə təzminat ödəyəcək. “Report” “NTV Spor”a istinadən xəbər verir ki, məhkəmə 65 yaşlı mütəxəssisin TFF-yə qarşı təzminat tələbini təmin edib.

Qeyd edək ki, Fatih Terim ötən il iyulun 26-da Türkiyə yığmasının baş məşqçisi postundan istefaya göndərildikdən sonra müqaviləsi birtərəfli pozulduğu üçün məhkəməyə üz tutub. O, TFF-dən birillik maaşını – 3,5 milyon avro tələb edirdi.

Xəbər xətti