Türkiyə S-400-ə sanksiya qoyacağı təqdirdə ABŞ-ı cavab tədbirləri ilə hədələyib

13:05 - 6 May 2018 - DÜNYA

Türkiyə Vaşinqton Ankaraya "F-35" qırıcılarının tədarükünü əngəlləyəcəyi təqdirdə, ABŞ-a qarşı cavab tədbirləri görəcək. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu "CNN Turk" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir gələn həftə Birləşmiş Ştatlara səfər edəcəyini və bu məsələni orada müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, "F-35"in satışının ləğvi məqbul deyil. Aprelin ortalarında ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, Ankaranın Rusiydan S-400 zenit-raket kompleksləri alması Türkiyəyə "F-35" qırıcılarının tədarükünə mənfi təsir göstərə bilər.

Xəbər xətti