Suriyada Rusiyaya Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM qırıcısı qəzaya uğrayıb.
Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib. Qəza nəticəsində hər iki pilot həlak olub.
Xmeymim aerodromundan havaya qalxan təyyarə Aralıq dənizi üzərində qəzaya uğrayıb. İlkin məlumatlara görə, qırıcıya atəş açılmayıb, qəzaya səbəb təyyarənin mühərrikinə quşun düşməsi ola bilər.