Hindistanın şimalında baş vermiş güclü qum qasırğası 70 nəfərdən çox sakinin ölümü ilə nəticələnib.
Qasırğa Uttar-Pradeş və Racastan ştatlarının ərazisində baş verib.
Bölgədə həmçinin güclü yağıntılar və şimşək də qeydə alınıb. Qasırğa ağacları və işıq dirəklərini yerindən qopardığı üçün bölgədə elektrik enerjisinin verilməsində fasilələr olub.
Eyni zamanda, qum qasırğası paytaxt Dehlidə də baş verib. Hadisə ilə əlaqədar Dehliyə gəlməli olan azı 15 təyyarə başqa şəhərlərə yönləndirilib.trend