FED uçot dərəcəsini dəyişmədi
23:20 - 2 May 2018 - DÜNYA
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 1,5-1,75% saxlayıb.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, Federal Ehtiyat Sisteminin mayın 1-2-də keçirilən növbəti iclasında uçot dərəcəsi 1,5-1,75% saxlanılıb. Fevral ayında ABŞ-da baza inflyasiya göstəricisinin aylıq artımı 0,2%, illik artımı isə 1,8% təşkil edib.