İranda 5,2 bal gücündə zəlzələ olub. “Report” İran KİV-inə istinadən xəbər verir ki, məlumatı Tehran Universiteti Seysmoloji Mərkəzi yayıb.
Təbii fəlakət ölkənin cənub-qərbində yerləşən Kohgiluye və Buyer Əhməd əyalətlərinin Siseht rayonunda baş verib. Yeratlı təkanın ocağı 8 km. dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ölən, xəsarət alan və dağıntılar barədə hələlik məlumat yayılmayıb.