Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz avtomobil qəzası keçirib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, M.Cengiz Türkiyə Super Liqasının XXXI turunda doğma meydanda "Beşiktaş"la qarşılaşdıqları oyundan sonra yol qəzasına düşüb.
Saat 00:00 radələrində onun sürücüsünün idarə etdiyi maşın avtobanda olan bir avtobusla toqquşub. Hadisə nəticəsində ciddi yaralananlar olmayıb. Klub prezidentinin vəziyyətinin qaydasında olduğu açıqlanıb.
Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.