BƏƏ Suriya xalqına 60 milyon dollar ayırdı

22:50 - 27 Aprel 2018 - DÜNYA

Birləşmiş Ərəb Əmirliyi Suriya xalqına 60 milyon dollar yardım ayırıb.

Bu barədə ölkənin ərzaq təhlükəsizliyi naziri Maryam əl-Muheyri məlumat verib. 

Onun sözlərinə görə, Suriya böhranı başladığı gündən bəri BƏƏ-nin bu ölkədən olan məcburi köçkünlərə ayırdığı yardımın həcmi 880 milyon dollar təşkil edir. 

Bundan başqa, böhran başladığı gündən bəri BƏƏ 130 mindən çox suriyalını qəbul edib. qafqazinfo

Xəbər xətti