Rusiya may ayından etibarən Türkiyə pomidorlarına qoyduğu qadağanı aradan qaldıra bilər. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, mayın 1-dən etibarən Rusiya Türkiyə pomidorlarının ölkəyə gətirilməsinə icazə verə bilər.
Xatırladaq ki, Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçev Rusiyanın bir sıra türk müəssisələrinə pomidor idxalına icazə verə biləcəyini bəyan edib.