Konqres Mayk Pompeonu dövlət katibi vəzifəsinə təsdiq edib
00:01 - 27 Aprel 2018 - DÜNYA
ABŞ Konqresi cümə axşamı keçirilən iclasda indiyədək Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra edən Mayk Pompeonu ölkənin sayca 70-ci dövlət katibi kimi təsdiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, onun namizədliyini 100 senatordan 52-si dəstəkləyib.
İndi Pompeonun andiçmə mərasimi keçirilməlidir.