Türkiyədə prezidentliyə namizədlər mayın 4-dən 9-dək irəli sürülə bilər.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güven aprelin 26-da jurnalistlərə açıqlamasında bildirib.
O, iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı təlimatların yayımını davam etdirəcəklərini də söyləyib.