Rusiya Türkiyə üçün S-400 istehsalına başladı

17:02 - 25 Aprel 2018 - DÜNYA

Rusiya Türkiyə üçün S-400 zenit-raket sistemlərinin istehsalına başlayıb. Bu barədə RİA Novosti-yə "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev deyib. A.Mixeyev bildirib ki, Rusiya tərəfi Türkiyəyə S-400 tədarükü ilə bağlı müqavilənin icrasına başlayıb. O qeyd edib ki, söhbət hələ S-400 tədarükündən getmir, hazırda zenit-raket komplekslərinin istehsalına başlanıb. Xatırladaq ki, ötən ilin dekabrında Ankarada Rusiya və Türkiyə nümayəndələri arasında S-400 tədarükü üzrə kredit sazişi imzalayıb.trend

Xəbər xətti