İranda banklara bitkoindən istifadə etmək qadağan olundu

21:43 - 23 Aprel 2018 - DÜNYA

İranın Mərkəzi Bankı ölkədə bitkoin və digər kriptovalyutaların istifadə olunmasını qadağan edib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bütün pul mərkəzlərində və maliyyə müəssisələrində bu cür valyutaların istifadəsi qadağan olunur.

Mərkəzi Bankın qərarında qeyd olunur ki, kriptovalyutalar “çirkli pulların yuyulması və terrorçuluğun maliyyə təminatı” üçün istifadə oluna bilər.

Xatırladaq ki, bir müddət əvvəl İranın öz kriptovalyutasını yaradacağı barədə məlumatlar yayılmışdı.

Xəbər xətti