İran Mərkəzi Bankı yerli banklara bitkoin də daxil olmaqla kriptovalyutalarla əməliyyat aparmağı qadağan edib. “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumatda həmçinin bildirilir ki, kriptovalyutadan istifadə ölkənin bütün maliyyə sistemində qadağandır. Bu qərar İranın milli valyutasının məzənnəsində qeyri-sabitlik fonunda qəbul olunub.
Maraqlıdır ki, İran Mərkəzi Bankı bu qərarı ötən ilin sonunda qəbul edib, lakin ötən gün ictimailəşdirib. Qadağaya səbəb kimi kritovalyutalardan terrorçuluğun maliyyələşdirilməsində və çirkli pulların yuyulmasında istifadə olunma ehtimalıdır.
Xatırladaq ki, aprelin əvvəlində qiyməti 7 000 ABŞ dollarına düşmüş bitkoin hazırda təxminən 8 800 dollara icarət olunur.