Ərdoğan: "Terrorçuların tunellərini fransız şirkətləri düzəldib, ABŞ da silah verir"
19:07 - 20 Aprel 2018 - DÜNYA
“Afrində 4 250, İraqın şimalında 346, ölkə daxilində isə 236 terrorçu zərərsizləşdirilib".
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutunun 150 illiyinə həsr olunan toplantıda bildirib.
“NATO-da Fransa ilə bir yerdəyik. Ancaq Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib, ABŞ isə terrorçulara 5 min karqo silah verir. Belə bir tablo ilə üz-üzəyik. Bütün bunların arxasında olanları bilirik”, - Türkiyə prezidenti vurğulayıb.