İraqın Hərbi Hava Qüvvələri Suriyanı bombalayıb
00:28 - 20 Aprel 2018 - DÜNYA
İraqın Hərbi Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın baş nazirinin administrasiyası bildirib.
Məlumatda qeyd edilir ki, hava zərbələri İŞİD-in İraq üçün təhlükə törətdiyi üçün endirilib. "Bundan əlavə, zərbələr regionda terrorçuluğa qarşı mübarizəyə töhfə verəcək", - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, İraqın baş naziri Heydər əl-Abadi bir müddət əvvəl ölkəsində İŞİD üzərində tam qələbə qazanıldığını bəyan edib. Baş nazirin sözlərinə görə, buna baxmayaraq İraq İŞİD terrorçularına qarşı mübarizəni davam etdirəcək.