Rusiya Prezidenti Vladimir Putini gəzdirmiş lumizin 8,5 milyon rubla satışa çıxarılıb.
Bu barrədə elan “Auto.ru» portalında yerləşdirilib. Hazırda 2003-cü il istehsalı olan zirehli Mercedes-Benz Pullman W220 S600 şəxsi kolleksiyadadır. Avtomobil 88 min kilometrlik yol gedib. 5.8 litrlik mühərrik 367 at gücünə malikdir.
Elanda bildirilir ki, avtomobilin bir sahibi var. "Xüsusi təyinatlı nəqliyyat vasitəsi Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti dövründə Kremldə xüsusi istifadə üçün saxlanılıb. Putin bu avtomobillə rəsmi və qeyri-rəsmi görüşlərə getib"- elanda deyilir.
Bundan əlavə, satıcı bildirib ki, avtomobil zavodda xüsusi sifarişlə hazırlanıb. Tam zirehli kapsul, B7 / B7 sinfinə aiddir.