Hindistanın mərkəzində yerləşən Madxya-Pradeş əyalətində yük avtomobilinin körpüdən aşması nəticəsində azı 20 nəfər ölüb, 30 nəfər yaralanıb. “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu yerli Polis İdarəsinin rəsmisi bildirib.
Hadisə aprelin 18-də gecə saatlarında baş verib.
Avtomobildə olanlar toya gedirmişlər. İlkin məlumata əsasən, körpünün üstündə sürücü idarəetməni itirib və nəticədə qəza baş verib.
Polis ölənlərin sayının artacağını istisna etməyib.