Avropa Komissiyası: Türkiyə Avropadan iri addımlarla uzaqlaşır
00:17 - 18 Aprel 2018 - DÜNYA
Avropa Komissiyası Avropa İttifaqı üzvlüyünə namizəd ölkə olan Türkiyə ilə bağlı növbəti irəliləyiş hesabatını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, APA-nın Aİ-nin saytına istindən verdiyi məlumata görə, hesabatda 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd pislənib və Türkiyənin bu kimi təhdidlərin qarşısını almaq istiqamətindəki təxirəsalınmaz tədbirləri qanuni hesab edilib. Mətndə Türkiyənin FETÖ-nü terror təşkilatı kimi tanıdığı qeyd olunub.
Bununla yanaşı, hesabatda Türkiyədən fövqəladə vəziyyət rejiminin ləğv edilməsi tələbi də əksini tapıb. Aİ-nin genişlənmə üzrə komissarı Yohannes Han Türkiyənin Avropadan iri addımlarla uzaqlaşdığını bildirib.