"ABŞ 60 min PYD/YPG terrorçusunu şimali Suriyaya gətirmək istəyir. Kimi gətirirsiniz gətirin, bu bölgədə sabitliyi saxlayacaq Türkiyə və Azad Suriya Ordusu var”.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında bildirib.
R. T. Ərdoğan deyib ki, Türkiyə Suriya siyasətini aktivləşdirərək həm sahədə, həm də masada söz sahibi olacaq: “Türkiyə Suriyada mütləq kiminsə yanında, kiminsə qarşısında deyil. Biz Suriyada suriyalı qardaşlarımızın maraqlarını müdafiə edirik. Bunun üçün harada kiminlə birgə hərəkət etmək lazımdırsa, hərəkət edirik”.
Fransa prezidenti Emmanuel Makronun Suriyaya ABŞ və Böyük Britaniya ilə birgə hava zərbəsinin nəticəsində Türkiyə ilə Rusiyanın yollarını ayırması barədə bəyanatına toxunan R. T. Ərdoğan Türkiyənin öz yolu ilə getdiyini vurğulayıb.